ABŞ-ın Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Mask Kanada vətəndaşlığından məhrum edilməsi üçün başlayan petisiyaya reaksiya verib.
Kanadada 160 min insan İlon Maskın vətəndaşlığından məhrum edilməsi üçün petisiya imzalayıb. Bundan əlavə, 15 min kanadalı ABŞ prezidenti Donald Trampı “persona-non-qrata” elan etməyə çağırıb.
Müraciətdə 1989-cu ildə Kanada pasportu alan Maskın ölkənin maraqlarına zidd hərəkətlər etdiyi, seçkilərə müdaxilə etdiyi və Kanadanın müstəqilliyinə qarşı çalışan xarici hökumətin üzvü olduğu bildirilir.
Qeyd olunur ki, Mask “X” hesabında petisiyaya reaksiya göstərərək “Onsuz da Kanada real bir ölkə deyil”, - deyə reajsiya verib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu Birləşmiş Ştatların Kanada mallarına əlavə gömrük rüsumları tətbiq etmə ehtimalı kontekstində onu böyük Kanada əyalətinin qubernatoru kimi xarakterizə edib. (Publika.az)