"Ət insan sağlamlığı üçün əvəzolunmayan zülal sayılır və çox faydalıdır. Təbii ki, miqdarında qəbul etmək şərti ilə.
Təəssüf ki, yaxın günlərdə ayı, dovşan və maral ətindən hazırlanmış məhsulların satışı ilə məşğul olan "dələduzlar" peyda olub. Dovşan və maral əti yeməkdə bir problem yoxdur, düzgün şəkildə, qaydalara uyğun kəsilib saxlanılan maral və dovşan əti yemək olar. Ancaq ayı əti dinimizə görə də haram sayılır, çünki, ayı vəhşi heyvandır".
Bu sözləri Demokrat.az-a açıqlamasında qida mühəndisi, nutrisoloq Fərid Səfərov deyib.
"Belə bir halın baş verməsi həm çox təəssüfləndirici, həm də təəccüblü haldır. Bu cür heyvanların harada ovlandığı, harada kəsilib satıldığı və hətta konservləşdirilmiş şəkildə satışa çıxarılması məlum deyil.
Demək ki, bu sahədə çox ciddi boşluq var, nəzarət yoxdur. Özbaşına, fırıldaqçılıqla kiminsə bu işi görməsi, vətəndaşları aldadaraq heç bir normaya cavab verməyən bu cür ətin satışa buraxması ciddi qanun pozuntusu sayılmalı və mütləq cəzalandırılmalıdır".
Xatırladaq ki, AQTA əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıb.
Əfsanə Kamal
Demokrat.az