Putin Kiyevin danışıqlardan narazılığını yersiz ADLANDIRDI

DÜNYA 19 fevral 2025, 21:19
Kiyevin Rusiya və ABŞ-ın danışıqlar masasında olmamasına reaksiyası yersizdir, çünki  Moskva və Vaşinqtonun müzakirə edəcəyi öz ikitərəfli məsələləri var. 

Demokrat.az
xəbər verir ki, bu sözləri TASS agentliyinə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, məsələn, müddəti bir ildən sonra başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin uzadılması məsələsini həll etmək lazımdır. 

Dövlət başçısı əlavə edib ki, Moskva ilə Vaşinqton arasında etimad səviyyəsini artırmadan Ukrayna böhranını həll etmək mümkün deyil.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top