"Rusiya Azərbaycanla viza rejiminin tətbiq edilməsini istəmir"

DÜNYA 19 fevral 2025, 15:54
"Mərkəzi Asiya, ilk növbədə Cənubi Qafqaz ölkələrindən, eləcə də Sovet İttifaqının digər keçmiş respublikalarından əmək miqrantlarının Rusiyaya giriş rejiminin sərtləşdirilməsi Moskvanın uzunmüddətli maraqlarına kömək etmir".

Demokrat.az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında çıxış edərkən deyib.

"Biz onların davranışı üzərində nəzarətin sərtləşdirilməsinin, lakin əngəllərin yaradılmamasının, üstəlik də viza rejiminin tətbiq edilməməsinin tərəfdarıyıq. Bəli, mövcud olmuş qaydalarla müqayisədə indi əlavə tədbirlər görülür, lakin onlar əmək miqrasiyası üçün əngəllərin yaradılmasına deyil, nəzarətin sərtləşdirilməsinə yönəlib" , - deyə o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top