Kürdəmir rayonunda 1989-cu il təvəllüdlü Nemət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir şəhəri, Bakı prospektində baş verib.
Nemət həmin küçədə taksi avtomobilində olduğu vaxt arvadı Nigarın onu spirtli içkiyə qurşanması barədə qardaşı və anasına xəbər verməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla sifət və baş nahiyyəsinə qəsdən bir neçə dəfə vurub. Sonra əli ilə saçını yolaraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Nemətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nemət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Nigar ilə 2010-cu ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurublar, birgə nikahlarından doğulmuş 3 uşaqları var:
“Ailə münasibətlərimiz baş tutmadığından nikahımız 2020-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulub.
2024-cü ilin may ayından yenidən qeyri-rəsmi olaraq bir yerdə yaşamağa başlamışıq. Bir müddət əvvəl Nigar spirtli içkiyə qurşanmam barədə qardaşım və anama xəbər verdiyini eşitdim. Buna görə hadisə günü Nigarın işlədiyi Kürdəmir rayonu kəndi ərazisində yerləşən ailəvi istirahət mərkəzinə gedərək ona yalandan uşağın xəstə olduğunu dedim. Nigarda işdən icazə alıb taksiyə əyləşərək ev tərəfə gedərkən yolda içki içməyimi qardaşıma və anama deməsini irad tutdum.
Nigarda cavab qaytardığı üçün aramızda mübahisə baş verdi. Mübahisə vaxtı əsəbləşərək yumruqla bir neçə dəfə onun başına, sifətinə vurdum. Əlim ilə onun saçlarından tutaraq yoldum”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olamamsını nəzərə alıb. Bu səbəbdən Nemətin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az