Yunanıstanda jurnalistlər tətilə başlayıblar

DÜNYA 18 fevral 2025, 20:59
Panhellenik Jurnalistlər Birlikləri Federasiyasının çağırışından sonra Yunanıstanda bir çox jurnalist həmkarlar ittifaqı tətilə başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yunan mətbuatı məlumat yayıb.

Jurnalistlər media sektorundakı işəgötürənlərdən fərdi müqavilələrin ləğvi və kollektiv müqavilələr üzrə danışıqların aparılması prosesinə başlamağı tələb edirlər, jurnalistlər həftəsonu işlərinə görə əlavə əmək haqqının ödənilməsini, müharibə və təbii fəlakət zonalarında çalışan mətbuat işçilərinə əlavə kompensasiya verilməsini, süni intellektdən istifadə ilə bağlı məcburi qaydaların tətbiqini, jurnalistlərin hüquqlarının qorunmasını və çap mediasına dəstək verilməsini tələb edirlər.

Tətil Yunanıstanda media işçilərinin iş şəraitinin yaxşılaşdırılması səylərinin bir hissəsi kimi qiymətləndirilir.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top