Uşaqların Həccə getməsinin önəmi varmı?

GÜNDƏM 18 fevral 2025, 18:48
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib. Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu gün mövcud olan Həcc anlayışını bəziləri Qurana uyğun olmayan bir ziyarət halına gətirib:

“Ona görə də uşaqların ümumiyyətlə ora getməsi normal deyil. Bu uşaqların həyatında hər hansı bir iz qoyurmu? Və yaxud bir müsbət dəyişikliyə təsir edirmi? Özümüz deyirik ki, uşaqlar formalaşmayıb. Ona görə də ora hər kəsin getməli deyil. Müxtəlif cəmiyyətləri, xalqları,dövlətləri təmsil edəcək və nüfuz sahibi olan şəxlər ora ziyarə gedir. Kimsə gedib ciddi məsələlərin aradan qaldırılması və ya problemlərin həll olunması ilə dualar edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top