Mətbuatda gedən xəbərlərin cinayətkarlığın və pis vərdişlərin artmasına təsir göstərə bilir. Məşhur sosial-psixoloq Banduranın sosial öyrənmə nəzəriyyəsinə görə, insanlar başqalarının davranışlarını müşahidə edərək öyrənir və müəyyən hallarda onları təqlid edirlər. Əgər media cinayət və ya pis vərdişləri maraqlı və ya qəhrəmanlıq kimi təqdim edirsə, bu, bəzi insanlarda həmin davranışları təkrarlamaq motivasiyası yarada bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
"Eləcə də, davamlı olaraq cinayət xəbərlərinə məruz qalmaq, bu cür davranışların adi bir şey olduğu hissini yarada bilər. İnsanlar zamanla zorakılığa və antisosial davranışlara daha dözümlü və laqeyd yanaşmağa başlayırlar.Xüsusilə intihar hadisələrinin geniş işıqlandırılması “Verter effekti” adlanan fenomenə səbəb ola bilər. Bu, müəyyən hadisələrin mediada işıqlandırılmasının oxşar hallarının artmasına gətirib çıxardığını göstərir".
O bildirib ki, bəzən media cəmiyyətdə qorxu atmosferi yaradır ki, bu da insanların daha çox aqressiv və bir-birinə qarşı inamsız davranmasına səbəb olur:
"Belə hallarda insanlar özlərini qorumaq üçün daha sərt və bəzən qanunsuz üsullara əl ata bilirlər.
Qeyd edim ki, bəzi hallarda cinayətə meylli şəxslər diqqət çəkmək və məşhur olmaq üçün mediadan istifadə edirlər. Xüsusilə sosial mediada bu cür hallar daha geniş yayılıb.
Bu təsirləri minimuma endirmək üçün media etik qaydalara uyğun şəkildə xəbərləri təqdim etməli, cinayət hadisələrini şişirtməməli və zorakılığı təşviq edici videolardan çəkinməlidir. Bundan əlavə, psixoloji maarifləndirmə və media savadlılığının artırılması vacibdir ki, insanlar yayılan informasiyalara tənqidi yanaşsınlar".
Əfsanə Kamal
Demokrat.az