Gəncə şəhərində 1972-ci il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri İsgəndərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 yanvar 2024-cü ildə baş verib. Fərhad həmin gün saat 17 radələrində evin mətbəxində bacısının əri İsgəndər ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni İsgəndərin nalayiq ifadələrlə onu təhqir etməsindən sonra yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə onun üz nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin yanvarın 19-da Bakı şəhərində yaşayan bacısı Mədinə və qardaşı Vüqar onun evinə gəlib: “Onlar mənə digər bacımız Səmayənin xəstə olduğunu və onu növbəti gün Gəncə Beynəlxalq xəstəxanaya yerləşdirəcəklərini bildirdilər. Bununla bağlı Səmayənin xəstəxana xərclərinə köməklik etməyimi məndən xahiş etdilər. Biz üçümüz, yəni qardaşım Vüqar, mən və digər bacım Mədinə ilə birlikdə 2700 manat toplayaraq Səmayəni xəstəxanaya yerləşdirdik. Xəstəxanada olan zaman bacımın müayinə edən həkim mənə onun nevroloji xəstə olmasını və əməliyyat olunduğunu bildirdi. Əməliyyatdan sonra, yanvarın 20-də, saat 16-da xəstəxanada bacım Səmayə ilə görüşən zaman azyaşlı övladlarını yaşadığı evdən, yəni ərinin olduğu evdən götürərək öz yaşadığım evə aparmağımı xahiş etdi. Mən də digər bacım Mədinə ilə uşaqları götürmək üçün onlara getdik. Qapını bacım qızı İradə açdı. Söhbət əsnasında mən bacımın əri İsgəndərə bacımın nevroloji xəstəlikdən əziyyət çəkdiyini və ona bacımı əsəbləşdirməməsini bildirdim. Bu zaman İsgəndər mənə bacım və bacım qızının yanında nalayiq ifadələrlə təhqir etdi. Mən də İsgəndərin bu sözündən əsəbiləşərək onun üst dodaq hissəsinə bir dəfə yumruqla zərbə vurdum. Həmin vaxt bacım və bacım qızı bizi araladı. Mən yaşadığım evə getdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində 1 azyaşlı uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olduğunu bildirib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən İsgəndərin sözlərinə görə, həyat yoldaşı Səmayə xəstə olduğundan bacısı Mədinə və qardaşı Fərhad onu Gəncə Beynəlxalq xəstəxanaya əməliyyat üçün aparıblar: “Daha sonra yanvarın 20-də, saat 17 radələrində yaşadığım evdə övladlarım ilə birlikdə olarkən baldızım Mədinə və qaynım Fərhad yaşadığım evə gəldilər. Evdə olan zaman qaynım heç bir səbəb olmadan yumruqla məni vurdu. Həmin vaxt yanında olan qızım İradə və baldızım Mədinə Fərhadı məndən aralaşdıraraq evdən çıxartdılar. Bundan sonra mən baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhada aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri növündə cəza təyin edilib.
Fariz Məlikli
Demokrat.az