"Bu məsələlərin həllinin hansı səviyyəyə qədər olacağını demək indidən çətindir..." — RƏY

DÜNYA 18 fevral 2025, 16:00
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb. Fevralın 12-də iki lider arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib.

Maraqlıdır, Tramp və Putin görüşünün Ukraynanı məğlubedici sülhə məcbur etməsi dünya iqtisadiyyatında və ayrı ölkələrin iqtisadiyyatında hansı ciddi nəticələr doğura bilər? 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, hələ ki sülh müqaviləsinin şərtləri açıqlanmayıb.

“Bu haqda indidən danışmaq çətindir. Sadəcə iki ölkə arasında ümumi danışıqlar başlayıb. Bu məsələlərin həllinin hansı səviyyəyə qədər olacağını demək indidən çətindir. Ona görə də sadəcə indi kontaktlar başlayıb. Bu günə qədər Qərb ölkələri tərəfindən Putinlə danışıqlar aparılmırdı. Putin "iqnor" olunurdu. İndi isə “iqnor” siyasətindən əl çəkilib, yaxınlaşma siyasəti tutulub. Bu hal hansı səviyyəyə qədər inkişaf edəcəyini söyləmək çətinidr. Bunu zaman göstərəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 mart 2025, 12:58
Top