Ekspert: "Zamanla taksilərə tələbat azalacaq"

GÜNDƏM 17 fevral 2025, 19:10
"Taksilərin sayında dəyişiklik islahatla əlaqəlidir. Uzun zamandır pərakəndəlik var idi. Bu pərakəndəlik səbəbindən hər iki tərəf narazılıq edirdi. Taksi sürücüləri istismar olunmaqdan, vətəndaşlar xidmətdən və keyfiyyətdən narazı idilər. Ona görə də dövlət tərəfindən islahatlar keçirildi. Lisenziyaların müddəti 7 ilə qədər artırıldı, sürücülər və avtomobillər üçün tələblər qoyuldu. Müvafiq olaraq sürücülər təlimlərdən keçməli, texnologiya vasitələri ilə işləməyi bacarmalıdırlar. Bu təlimləri keçən şəxslər, avtomobilləri də yaş kateqoriyası uyğundursa, xidmət göstərə bilərlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

"İslahatlardan sonra taksilərin sayının azalması qiymətlərə də təsirsiz ötüşmədir. İctimai nəqliyyat növlərinin daha çox sərnişin daşıyan növləri ilə yanaşı insanlar taksi ilə də mobilliyi təmin edirlər. İslahat nəticəsində qısa məsafəli gedişlər üçün sifarişlərdə dəyişikliklər müşahidə olunur. Əvvəllər 1 kilometrlik məsafə üçün taksi sifarişləri 60% təşkil edirdisə, indi mikrobollər, avtobus zolaqları formalaşdırılması insanları alternativ növlərə yönəldib. Bu da taksi sifarişlərinə təsirsir ötüşməyib".

O bildirib ki, çeşidli ictimai nəqliyyat növlərinin inkişafı da görünür: 

"Keçən ildən başlayaraq avtobus, mikromobillik zolaqları çəkildi. Hal hazırda fərqli növlər üzrə sərnişinlərin daşınması paylanır. Buna uyğun olaraq taksidə keyfiyyət artacaq. Hazırda müəyyən saatlarda taksi sifarişlərində gecikmə kimi problemlər müşahidə olunur. Zamanla bu da aradan qalxacaq. Yaxın 5 il üçün elan olunmuş dövlət proqramı var. Düşünürəm ki, bu, insanların hərəkətliliyində yeni alternativlər formalaşdıracaq. Belə olan halda taksiyə ehtiyac azalacaq. İnsanlae ictimai nəqliyyatla bağlı seçimlər edə biləcəklər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top