Müharibə cinayətkarlarını hansı cəzalar gözləyir? — AÇIQLAMA

GÜNDƏM 17 fevral 2025, 18:24
"Ruben Vardanyan, Arayik Harutyunyan kimi şəxslərin əməlləri birbaşa müharibə cinayətlərinə görə tövsif olunmalıdır. Arayik Gəncəyə raket atılmasını əmr edibsə, bu, birbaşa müharibə cinayəti sayılır. Beynəlxalq cinayətlərə görə cinayəti törədənlər və əmr verənlər məsuliyyət daşıyır.  Ermənistanın təkcə silahlı qüvvələrinin subyektləri deyil, siyasi və hərbi rəhbərliyi birbaşa fiziki şəxs kimi məsuliyyətə cəlb olunmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.

"Gəncə müharibə ərazisindən kilometlərlə uzaqda yerləşir. Silahlı münaqişənin getdiyi ərazidən uzaqda dinc əhalinin vurulması müharibə cinayətidir. Bu cinayət terror sayılmır, çünki birbaşa qarşı tərəfin silahlı qüvvələri tərəfindən həyata keçirilib".

O bildirib ki, həm yaxın, həm də uzaq tarixə diqqət yetirsək, Nürnberq tribunalından tutmuş Yuqoslaviya tribunalı, qarışıq və beynəlminəlləşmiş işlərə baxan tribunallar var ki, onlar müharibə, insanlıq əleyhinə və soyqrım cinayətlərinə görə məsuliyyəti müəyyən edirlər:

"Eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsi Afrika ölkələrində baş verən hadisələrin araşdırılması və cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin etmişdi".
 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top