Kürdəmir rayonunda 1999-ci il təvəllüdlü Abdulla şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Nurlana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndində baş verib. Abdulla kənddə yerləşən marketin yaxınlığında qohumu Nurlan ilə sonuncuya toyda onu oynamağa icazə verməyən şəxsi yanına gətirməməsi səbəbindən aralarına şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla və təpiklə bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
Hadisəni törədən Abdullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abdulla ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qohumu Nurlanın bacanağın oğluna Kürdəmir rayonunda yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyi üçün o da həmin toya dəvətli olub, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinə gəlib: “Toyda bir qədər spirtli içki qəbul etdim, oynamaq qərarına gəldim. Saat 23 radələrində musiqiçilərə yaxınlaşıb oynamaq üçün musiqi sifarişi verdim . Lakin toyda tanımadığım şəxs məni oynamağa qoymadı. Ona görə də həmin şəxslə aramızda restoranın həyətində sözlə mübahisəmiz oldu. Mübahisə zamanı restoranın həyətindən çıxdım. Bu vaxt Nurlan yanıma gələrək məni sakitləşdirərək söhbət etməyə başladı. Nurlan ilə küçədə aramızda sözlə mübahisəmiz başladı. Mübahisə zamanı yanımızda Valeh adlı şəxs olub. Restoranın girişdən bir qədər aralaşaraq piyada marketin yaxınlığına gəldim. Yenidən Nurlan ilə aramızda sözlə mübahisəmiz başladı. Mübahisə zamanı Nurlan məni nalayiq ifadələrlə söyüb təhqir etdi. Sonra isə Nurlan yaxamdan tutaraq məni vurmaq istədi. Nurlan məni küçənin ortasında nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə onun sifət və baş nahiyəsinə yumruqla bir neçə dəfə vurdum. Nurlan sifət nahiyəsindən xəsarət aldığı üçün yanımdan getdi”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abdulla 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az