Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinə olduqlarını deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycan-Rusiya arasındakı son yaşananlar tərəflərin mövqelərini nəzərdən keçirməsinə ehtiyacı yaratdı:
“Düşünmürəm ki, proses dəyişib və yaxud da prosesdə hansısa münasibət dəyişib. Azərbaycan və Ermənistanın Rusiya mövqeyinin bir daha nəzərdən keçirməsinin ehtiyacı yaranıb. Buna görə Qaluzinin təkrar açıqlamaları gündəmə gəlir. Amma, Azərbaycan üçün sülh gündəliyi müstəsna əhəmiyyət daşımır. Bu fikri böyük ölçüdə səsləndirsək, yanlış olmaz. Unutmaq da lazım deyil ki, Qərbdə sülh müqaviləsini imzalayacaq bir mərkəz yoxdur. Bəlkə, Ermənistan Tramp administrasiyasının gəlməsi ilə hasısa bir işartılara özünü inandırmağa çalışır. Amma sanmıram ki, məsələdə uğur qazanmaq mümkün olsun”.
Leyla Turan
Demokrat.az