"Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir"

XARİCİ SİYASƏT 16 fevral 2025, 11:38
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir.

Demokrat.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nausedaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

"İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik", - Prezident qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top