Münhendə keçirilən təhlükəsizlik konfransınınNATO siyasətinə qarşı böyüketirazaksiyası keçirilir.
Nümayiş iştirakçıları sülh danışıqlarının tərəfdarıdır,Ukraynavəİsrailə silah tədarükünün əleyhinədirlər.
Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Təşkilatçıların bəyanatında deyilir ki, Qərbin qlobal liderlik siyasəti əslində dünyanı imperialistlərin yenidən bölüşdürməsi vasitəsidir və bütün dünyada çoxsaylı münaqişələrə səbəb olur. Onlar, Almaniya hökumətinin sülhsevər siyasətə dair ictimai çağırışlara məhəl qoymamasını tənqid edir, Almaniya ərazisində Amerika raketlərinin yerləşdirilməsinin əleyhinədirlər.
Etirazçılar Ukraynada münaqişənin həllinə çağırmaq məqsədi ilə konfransın keçirildiyi binanı blokadaya almağı planlaşdırırlar.
Əfsanə Kamal Demokrat.az

