Ekspert: "Kriminal məsələlərdə taksilərdən çox istifadə olunurdu"

GÜNDƏM 15 fevral 2025, 18:30
"Əvvəl taksilərin sayı çox olsa da xidmət keyfiyyətsiz idi. Sərnişinlərlə sürücülər arasında tez-tez problemlər çıxırdı. Biz bu mərhələləri keçmişik. Taksi fəaliyyəti ilə məşğul olan insanların bir qismi bu işi əyləncə naminə edirdilər. Taksi fəaliyyəti ictimai nəqliyyatın ciddi bir qoludur. Belə olmamalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

"Ona görə belə qərara gəlindi ki, lazımsız, sınıq-salxaq, köhmə avtomobillərin istifadəsi qadağan edilsin, daha müasir avtomobillərlə bu proses həyata keçirilsin. Bəzi sürücülər çox keyfiyyətsiz fəaliyyət göstərirdilər. Narkoman, sərxoş sürücülər də var idi, kriminal məsələlərdə də taksilərdən çox istifadə olunurdu. Vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi üçün bu taksilər sıradan çıxarıldı. Bu gün taksilərin sayı azaldılsa da, avtobus seqmenti gücləndirilir. Marşruta yeni avtobuslar buraxılır. İnsanlar ictimai nəqliyyatdan istifadəyə təşviq edilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 08:24
Top