Tramp Kir Starmerlə görüşmək niyyətindədir

DÜNYA 15 fevral 2025, 09:40
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Oval kabinetində bir neçə yeni fərman imzalayarkən jurnalistlərə bildirib.

“O, görüş istədi və mən də görüşməyə razı oldum. Anladığım qədər, o, gələn həftə və ya həftəsonu Vaşinqtona gəlmək istəyir. Biz müzakirələr apara bilərik. Bu, mənim yox, onun istəyidir. Biz yaxşı anlaşırıq. O, çox yaxşı biridir”, - Tramp qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top