Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

İDMAN 14 fevral 2025, 09:31
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol görüşlərinə ev sahibliyi edəcək.

Demokrat.az xəbər verir ki, Türkiyə Superliqasında "Adana Dəmirspor" klubu "Antalyaspor"u Bakı vaxtı ilə saat 21:00-da qəbul edəcək.

Almaniya Bundesliqasında "Auqsburq" klubu "Leypziq"lə Bakı vaxtı ilə saat 23:30-da üz-üzə gələcək.

İtaliya A seriyasında "Bolonya" klubu "Torino" ilə üz-üzə gələcək.

İngiltərə Premyer Liqasında isə XXV tura "Brayton" klubu "Çelsi" görüşü ilə start veriləcək. Görüş Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.

14 fevral

Türkiyə Superliqası

Saat 21:00, "Adana Dəmirspor" - "Antalyaspor".

Almaniya Bundesliqası

Saat 23:30, "Auqsburq" - "Leypziq".

İtaliya A seriyası

Saat 23:45, "Bolonya" - "Torino".

15 fevral

İngiltərə Premyer Liqası

Saat 00:00, "Brayton" - "Çelsi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 10:29
Top