“Bu, Yunanıstanın Türkiyəyə olan düşmən siyasətindən irəli gəlirdi” — Politoloq

GÜNDƏM 13 fevral 2025, 13:01
Yunanıstan parlamentinin sabiq sədri, Yeni Demokratiya Partiyasının deputatı Konstantinos Tasoulas ölkəsinin yeni prezidenti seçilib. Bu barədə “ekathimerini” məlumat yayıb. Səsvermə prosesi parlamentdə keçirilib. Səsvermədə cəmi 276 millət vəkili iştirak edib.Qeyd edilib ki, Tasulas 13 martda vəzifə müddəti başa çatan Katerina Sakellaropulounun yerini tutacaq. Andiçmə mərasimi həmin gün baş tutacaq.

Bu, Yunanıstan-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullayev bildirib ki, Azərbaycanla Yunanıstan arasında siyasi əlaqələr İkinci Qarabağ müharibəsində normal olub:

“Azərbaycan Yunanıstanın qaz ixracında əsas paya malikdir. Bu ölkənin enerji diversifikasiyasında mühüm rol oynayır. İkinci Qarabağ müharibəsindən sonra Yunanıstan siyasətində Ermənistana siyasi dəstəyin verilməsini gördük. Məhz Cənubi Kipr ilə birgə Yunanıstan Ermənistana bir çox istiqamətlərdə yardımlar edib”.

Politoloq onu da qeyd edib ki, bu, Yunanıstanın Türkiyəyə olan düşmən siyasətindən irəli gəlirdi: 

“Amma əvvəllər Yunanıstan prezidentləri Azərbaycana gəlir, Azərbaycan-Yunanıstan arasında hər hansı bir problem olmur. Xüsusilə Makedoniya məsələsində Yunanıstanla Azərbaycan arasında bir ortaq mövqe var idi. Yunanıstan Ermənistanı silahlandırıb, bu ölkədə hərbi ataşe nümayəndəliyi açıb, Ermənistan ordusunun zabitlərini Yunanıstanda kurslar təşkil etmişdi. Yəni bunlar birbaşa Azərbaycanla Yunanıstan arasında münasibətlərə mənfi təsir edir. Yunanıstanda prezident həll edici qurum deyil, əsas ölkəni Baş Nazir idarə edir. İndiki Baş Nazir solçudur. Onu da Azərbaycana siyasi münasibəti bir o qədər  isti deyil. Amma buna baxmayaraq ki, Azərbaycan yenə də Yunanıstanın qaz ixracatında rol oynayır. Düşünürəm ki, Azərbaycanla Yunanıstan arasında münasibətləri normallaşdırmaq və inkişaf etdirmək olar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top