Belarus Ukrayna ilə sərhəddini gücləndirir

DÜNYA 12 fevral 2025, 22:19
Belarus dövləti Ukrayna ilə sərhəddə mühəndis infrastrukturunu artırmağı planlaşdırır.

Demokrat.az
xəbər verir ki, bu barədə Belarusun Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

Volfoviçin sözlərinə görə, işlər ilk növbədə Ukrayna ilə sərhəddə aparılacaq.

O bildirib ki, sərhəddi müasir texnika, sərhəd bölmələrinin müxtəlif təyinatlı pilotsuz uçuş aparatları və  mübarizə vasitələri ilə aktiv şəkildə təchiz edilməsinə diqqət yetirmək lazımdır. 

Volfoviç qeyd edib ki, Belarus sərhədində vəziyyət çətin olaraq qalır və 2025-ci ildə də asanlaşmayacaq, çünki NATO ölkələri Belarus ətrafında hərbi mövcudluğunu artırmaqda davam edir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 fevral 2025, 01:02
12 fevral 2025, 22:27
Top