![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/12/1/d20ceb75-402a-4399-9a98-af3d77776b30/togrul.jpg)
Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstanın ilkin hesabatı açıqlamasından sonra Rusiyanın hadisəyə qərəzli yanaşması və "Rus Evi"nin ifşa olunaraq bağlanması ölkələr arasında ikitərəfli münasibətlərə zərbə vurub.
Məsələ ilə bağlı siyasi şərhçi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili Demokrat.az-a açıqlamasında bildirib ki,
“Zaman-zaman Rusiya - Azərbaycan münasibətləri enişli yoxuşlu günlər görüb. Buna baxmayaraq hər dəfə Azərbaycan qonşuluq prinsiplərinə sadiq qalaraq münasibətlərin qaydasına düşməsi üçün əlindən gələni edib. AZAL-a məxsus "Embraer-190" sərnişin təyyarəsinin qəzaya uğramasından sonra bu münasibətlərdəki soyuqluq pik həddə çatdı.
Azərbaycan haqlı olaraq təyyarəmizi istər bilərəkdən, istər bilməyərəkdən vuran Rusiyadan haqqını tələb etdi. Bizim başqa ölkələrə nə torpaq iddiamız, tələbimiz var, nə də haqqımız olmayan heç nə istəməmişik. Biz, Azərbaycan olaraq haqqımızı qorumağa çalışmışıq.
Bu 30 il öncə də belə idi, indi də belədir. Dəfələrlə Ali Baş Komandan İlham Əliyev bədnam qonşumuz Rusiyadan üzrxahlıq tələb etsə də, Rusiya necə deyərlər oxu atıb yayı gizlədir. Ox isə yaydan 1 dəfə çıxır, vurduğu zərbənin yarası sağalmalıdır. Şəfa demişkən, Rusiyadan kim şəfa görüb axı..?
Biz yenə də haqqımızı tələb edirik, Rusiya çıxsın etiraf etsin deyirik. Bunun qarşılığında Rusiya nə etdi? Azərbaycana qarşı etnik təzyiq çağırışları, Rusiyaya pul qazanmağa gedən həmyerlilərimizi deportasiya etmək hədə-qorxuları və s.
Hətta, Rusiya tərəfi həddini o qədər aşıb ki, karyerası boyu türk yumruğu yeyən yekəbaş porsuq boksyor, hökümətyönlü deputat Nikolay Valuyev Rusiya vətəndaşı olan azərbaycanlıları müharibəyə aparmağı təklif edib.
Rusiyanın əsgər qarınağrısı varsa, öz vətəndaşları ilə bu problemi həll etsin. Etdikləri qələtin arxasında gizlənərək bizim həmvətənlərimizi ölümün pəncəsinə göndərə bilməz. Azərbaycan Rusiya deyil vətəndaşına, əsgərinə sahib çıxmasın, əlinə paslı silah verib düşmən üstünə göndərsin. Bu abzasa sonra qayıdacağıq.
Yaxşı bir deyim var: "Ermənidən dost olmaz, rusdan müttəfiq." Son günlər yaşananlar bir daha sübut etdi ki, Rusiya heç vaxt heç bir qonşu ilə öz çıxarından kənar müttəfiq olmayacaq. Doğru, hər ölkə öz çıxarı üçün müttəfiq olur amma bu etik normadan kənara çıxılmamalıdır. Rusiya isə öz gözləntisi qarşılana qədər hər cür çirkinliyi, hər cür "siyasi faişəliyi" gözə alan bir dövlətdir. Bu təxribatlara gedəcəyimizi düşünürlərsə yanılırlar.
"Rus Evi" adlanan şər yuvası haqqında günlərdir yayılan məlumatlar isə bardağın daşdığı o an idi. İllərdir "Rus Evi" adı altında təxribatçı, pozucu fəaliyyətlə məşğul olan o "Şeytan Evi" artıq layiq olduğunu aldı desək yanılmarıq.
Uzun illər Azərbaycan mentalitetinə, mədəniyyətinə, tarixinə yad hərəkətləri, fəaliyyətləri ölkəmiz üçün böyük təhdidə çevrilmişdi. Azərbaycan dövlətinə, xüsusilə Azərbaycan hökümətinə eşq olsun ki, bu şeytan yuvasını da, bu şeytan yuvasından maliyyələşən, bu şeytan yuvasının vasitəçiliyi ilə birbaşa Kremldən əmrlər alanları da ifşa etdi. Bu bir ölkə üçün xırda məsələ deyil.
Ölkənin təhlükəsizliyinin birbaşa təhdididir. Geriyə isə qaldı səbəbkarların cəzalandırılması. Səbəbkarlar demişkən, rusbaş vəzifə sahiblərindən danışırıqsa hələ də deputat kreslosunda oturan Mixail Zabelini də unutmayaq. Hardadır Zabelin müəllim? Niyə bu barədə danışmır? Bütün günü Ukraynaya qarşı pərəstiş etdiyi ölkənin keçirdiyi hücumlarını bəh-bəhlə tərifləyən postlar yazmağı unutmayan Zabelin müəllim özündə cəsarət toplayıb açıqlama versin.
Söz düşmüşkən, bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mediada Rusiyada "fəaliyyət göstərən" Azərbaycan diasporunun fəaliyyətinin dondurulması barədə çağırışlar edilir. Hansı diaspor? Rusiyada zatən Azərbaycan diasporu yox idi, özləri o diasporun axırına çıxmışdılar.
Elə çox uzağa getməyək, əli yüzlərlə ukraynalı uşağın qanına batmış Putinin şəxsi diqtəsi və əmri ilə Azərbaycan diasporunun fəaliyyəti dondurulmuşdu.
Gəlin məsələyə bir də bu aspektdən baxaq. Rusiya birbaşa ölkə rəhbərinin əmri ilə hələ illər öncə Azərbaycan diasporunun fəaliyyətini dondura bilirsə və buna heç bir açıqlama vermirsə, biz Azərbaycanın paytaxtının düz mərkəzində fəaliyyət göstərən şeytan yuvasının fəaliyyətini dayandıra bilmərik? Buna axı haqqımız çatır.
Bu ölkə bizimdir, bizim maraqlarımız xaricində fəaliyyət göstərən hər quruma müdaxilə etmək şansımız və haqqımız çatır. Buna görə də, mən Azərbaycan dövlətinin tutduğu bu sərt mövqeyini vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq dəstəkləyirəm və dövlətimizin arxasında olduğumuzu bəyan etmək istəyirəm.
P. S. Fürsətdən istifadə edib daha bir vacib nüansı da vurğulamaq istərdim. Azadlıq prospektində yerləşən "Rus Kitab Evi" adlanan iaşə obyektinin də fəaliyyətinin araşdırılmasını dövlətimizdən rica edəcəyəm. "Rus Evi" adlanan şeytan yuvasında gedən anti-Azərbaycan fəaliyyətdən sonra biz artıq Rusiyaya bağlı olan bütün iaşə obyektlərinə ciddi şəkildə yanaşmalı, məsələlərin üstündən keçməməliyik.
Mən haşiyə çıxaraq bildirmək istərdim ki, Azərbaycanda rus icmasının xeyli sayda üzvləri var, hansı ki, onlar Azərbaycan vətəndaşlarıdır və bizim içimizdən, özümüzdən biridir. Onlar qətiyyən ölkəmizdə "rus evlərinin" bağlanmasından narahat olmamalıdırlar.
Təbii ki, ölkəmizin, dövlətimizin maraqlarına xidmət göstərirlərsə ki, mən əminəm bu belədir. Əksi isə məlumdur: Dövlətimiz, gözəgörünməz qəhrəmanlarımız dövlətimizə qarşı ən xırda anti fəaliyyətin qarşısını alacaq və bu yolda Azərbaycanı heç kim durdura bilməz, heç kim bizi yolumuzdan şaşırda bilməz.
Azərbaycan güclü ölkədir, güclü ordumuz və güclü rəhbərimiz var. Biz rəhbərimizi arxamızda hiss etdiyimiz müddətdə heç kim, heç bir dövlət, heç bir xarici qüvvə bizi məğlub edə bilməz.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan İlham Əliyev cənabları!