“Ukrayna danışıqların yaxınlaşdığını başa düşür” — ŞƏRH

SİYASƏT 12 fevral 2025, 17:38
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya birbaşa ərazi mübadiləsi - işğalçıların nəzarətində olan Ukrayna ərazilərinin müqabilində Kursk vilayətinin bir hissəsinin təklif etməyə hazır olduğunu açıqlayıb.

“Biz bir ərazini digərinə dəyişəcəyik”, - deyən Zelenski Ukraynanın Kurskun bir hissəsinin müqabilində işğal olunan torpaqların hansı hissəsini tələb edəcəyinin hələ müəyyən edilmədiyini qeyd edib.

Onun fikrincə, hər bir Ukrayna ərazisinin öz dəyəri var və mübadilə ilə bağlı yekun qərar danışıqlar zamanı veriləcək.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki,  Ukraynanın Kursk vilayətində bu qədər ciddi şəkildə dayanmasının və Kursk uğrunda bu qədər mübarizə aparmasının yeganə səbəbi  danışıqlar masasına iradəli və güclü şəkildə getməkdir: 

“Bu, əslində, bir çox siyasətçilər, analitiklər üçün Zelenskinin dediyi çoxdan gözlənilən idi. Bu onun göstəricisidir ki, Ukrayna danışıqların yaxınlaşdığını başa düşür. Onun başa düşdüyünə görə Zelenski bu barədə bəyanat verib. Bu, onun göstərəcisidir. Amma bununla belə düşünmürəm ki, Zelenski işğal altındakı bütün əraziləri qaytarmağa müvəffəq olacaq. Yəni, təkcə yəni Kurskun müqabilində, daha doğrusu o qədər itirilmiş əraziləri qaytarmaq mümkün deyil. Amma bir hissəsini qaytara bilər. Geri qalan hissəsi Rusiyada qalacaq. 

Zelenski düşünür ki, ölkənin 60 faiz ərazilərini itirməkdənsə, 30 faiz ərazi ilə itirmək daha məqsədə uyğundur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top