Lerikdə erməni qıza məxsus tələbə bileti tapılıb?

HADİSƏ 12 fevral 2025, 17:00
Sosial mediada Lerik rayonunda erməni qıza məxsus tələbə biletinin tapılmasına dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı Teleqraf Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayb.

İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Teleqraf-a açıqlamasında sözügedən paylaşımla bağlı heç bir məlumatlarının olmadığını deyib.

"İcra Hakimiyyətinə bununla bağlı müraciət daxil olmayıb. Əgər hansısa məlumat olarsa, bu barədə açıqlama veriləcək".

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı açıqlama vermək onların səlahiyyətlərinə aid deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top