AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzaladı

BİZNES 11 fevral 2025, 10:05
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb.

Demokrat.az  bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.

Belə ki, "EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. "Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top