İkiqat dünya çempionu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı — SƏBƏB

İDMAN 11 fevral 2025, 09:34
İkiqat dünya çempionu Mixail Malkin Bakıdakı Dünya Kubokunda iştirak etməyəcək

Azərbaycan millisinin liderinin adı ilkin siyahıda olsa da, püşkatmadan sonra heyətdən çıxarılıb.

Buna səbəb gimnastın ayaq zədəsi almasıdır.

Milli Gimnastika Arenasında keçiriləcək turnirdə tamblinq üzrə Azərbaycanı Adil Hacızadə və Tofiq Əliyev təmsil edəcək. Batut gimnastikası yarışlarında isə Səlcan Məqsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Qumbatova mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışlar 22-23 fevral tarixlərində baş tutacaq. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top