İdman

"Qalatasaray"dan növbəti transfer bombası

Qalatasaraydan növbəti transfer bombası

"Qalatasaray" növbəti transferini reallaşdırmağa çox yaxındır.

"Cim-Bom" "Sevilya"dan Xuanlu Sançezi heyətinə qatmağa çalışır. Bu barədə "Fotomaç" məlumat yayıb.

"Sarı-qırmızılar" 21 yaşlı müdafiəçi üçün İspaniya klubuna 11 milyon avro təklif edib.

Qarşı tərəfin yekun qərarı bu gün bəlli olacaq.

Qeyd edək ki, gənc futbolçu 2024/25 mövsümündə 21 oyuna çıxıb və 3 qola, 3 məhsuldar ötürməyə imza atıb. (Offsideplus.az)

NE
Nihadə Eyyubova