"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı yeni şübhəlilər üzə çıxdı

DÜNYA 09 fevral 2025, 20:13
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında 145 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işi üzrə yeni şübhəlilər üzə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri işin materiallarına əsasən məlumat verib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları Şimali Qafqazdan olan iki nəfəri axtarır. Onların cinayətkarları silahlandırdıqları ehtimal olunur.

Məlumata görə, iş üzrə şübhəliləri ömürlük həbs gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top