Serbiyada etiraz aksiyalarına kənar müdaxilə edilir

DÜNYA 08 fevral 2025, 18:59
Serbiyada noyabrdan bəri davam edən etirazlar vasitəsilə kənardan müdaxilə və ya rəngli inqilaba cəhd göstərildiyinə dair sübutlar var. 

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko məlumat verib.

O bildirib ki, xarici amillərin açıq-aşkar müdaxiləsi və rəngli inqilaba cəhd faciə deməkdir. 

Diplomatın sözlərinə görə, aksiyalarda iştirak edənlərin çoxunun heç bir siyasi mövqeyi yoxdur.

Serbiyada Novi Sad şəhərinin dəmir yolu vağzalında baş vermiş faciə ilə bağlı etirazlar keçirilir. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top