Hər gün 30 dəqiqə gəzin

MARAQLI 07 fevral 2025, 08:37
Müntəzəm gəzintilər fiziki və psixi sağlamlığa müsbət təsir göstərir. 

Bədəndə qan dövranı üçün faydalı olan gəzinti ürək-damar və beyin-damar xəstəlikləri riskini də azaldır. 

Gündəlik stress səviyyəsini azaldır və yaşlanma prosesini gecikdirir. Eləcə də stres və narahatlığı azaldır, zehni diqqəti artırır və yuxu keyfiyyətini yaxşılaşdırır.

Hər gün 30 dəqiqə gəzmək psixi sağlamlıq üçün çox faydalıdır. Altshaymer xəstəliyinin də qarşısını almaqda təsirlidir.

Araşdırmalara görə həftədə ən az 5 gün 30-45 dəqiqə orta və ya intensiv səviyyədə gəzmək artıq çəki ilə mübarizəyə töhfə verir.

Gəzintidən əvvəl və gəzinti zamanı qidalanma vacibdir. Gəzintiyə başlamazdan 2 saat əvvəl aşağı qlisemik təsirə malik, həzm sisteminizi narahat etməyəcək, enerji ehtiva edən, keyfiyyətli karbohidratlarla zəngin qidalar tövsiyə edilir.

Gəzinti depressiya əlamətlərini azaldır, onurğa sütununu gücləndirir. Müntəzəm olaraq piyada gəzmək ürək xəstəliyi riskini azaldır, eyni zamanda qan dövranını tənzimləyir. 

Hər gün 30 dəqiqə gəzinti oynaq ağrılarını və iltihabı azaldır. Həmçinin ağciyərlərdə oksigen dövranını artırır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır.

Gəzinti immunitet sistemini gücləndirməyə kömək edir. Bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Daimi gəzinti həzm sistemini yaxşılaşdırır və qəbizliyə faydalıdır.

Bundan başqa, qan şəkərini tənzimləməkdə yeriməyin qaçışdan daha faydalı olduğu sübut edilib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top