Çin "Google"a qarşı araşdırmaya başlayıb

DÜNYA 04 fevral 2025, 19:56

ABŞ-ın artan rüsumlatına cavab olaraq Çin "Google" qarşı antiinhisar araşdırmasına başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) məlumat verib.

"Google" un axtarış və internet xidmətləri 2010-cu ildən Çində bloklansa da, araşdırma şirkətin çinli tərəfdaşları ilə digər biznes əlaqələrinə təsir göstərə bilər. 

İstintaq Android bazarının üstünlüyü və onun Oppo və Xiaomi kimi Çin telefon istehsalçılarına vura biləcəyi potensial zərərlə bağlıdır. 

 Bu, Çinin son vaxtlar ABŞ texnoloji şirkətlərinə qarşı başlatdığı ikinci antiinhisar araşdırmasıdır. 2024-cü ilin dekabrında "Nvidia"ya qarşı analoji araşdırma başladılıb. .


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top