Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 sentyabr 2024-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib. Əfqan həmin gün saat 22 radələrində yaşadıqları evdə qeyri rəsmi yaşadığı Ləman ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə onun boğazından tutaraq sıxıb, ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin mayında Ləmanla tanış olub və qeyri-rəsmi olaraq bir yerdə yaşayıblar: “Hadisədən on gün qabaq Ləman uşağının hazırlığa getməsi üçün 200 manat istədi. Mən Ləmana 200 manat pulum olmadığını dedim və aramızda inciklik yaranmış sonra onun yanına gəlmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ləman onun kirayə qaldığı evə gəlib və onunla birgə yaşamaq istədiyini deyib: “Mən 10 gündür harada olduğunu soruşanda kobud cavab verərək uşağının yanında olduğunu bildirdi. Mən Ləmanın həm geyiminə görə, həm də məni təhqir etdiyini görə evdən qovdum. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Ləmanın boğazından tutaraq boğdum. Ləman əli ilə mənim əllərimi boğazından çəkərək hadisə yerindən kənarlaşdı”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, təqsirləndirilən Əfqan ilə altı ay qeyri rəsmi olaraq bir yerdə yaşayıblar: “Sonradan Əfqan mənimlə mübahisə etməyə başladı. Buna görə də münasibətlərimizdə soyuqluq yarandı. Hadisə günü saat 22 radələrində Əfqan məni yaşadığı evə çağırdı və həmin evə getdim. Bu zaman aramızda mübahisə baş verdi və mübahisə zamanı Əfqan ünvanıma nalayiq ifadələr işlətdi, əli ilə boğazımdan tutaraq məni boğdu. Mən Əfqanın əllərini boğazımdan ayıraraq ondan kənarlaşdım”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az