"Zəngəzur dəhlizi üzərində rus əsgərinin çəkməsi olmamalıdır" — RƏY

GÜNDƏM 04 fevral 2025, 18:11
"Zəngəzur dəhlizi məsələsində dirənişi Ermənistan yox, Rusiya, İran göstərir. Ermənistanın daxilində Rusiya və İrana bağlı qüvvələr var ki, onlar da məsələyə dirəniş göstərirlər. Həmçinin ABŞ Rusiyanın məsələdə iştirakını istəmədiyi üçün o da əl-qolunu "çırmayıb" imzalanan sənədlə məsələyə müdaxilə etməyə başlayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Qədir Aslan deyib.

"ABŞ Ermənistanla imzalanan xartiya ilə məsələyə qoşulacaq, Rusiyanın çıxarılmasına çalışacaq. Ermənistan İran-Ermənistan, Ermənistan-Azərbaycan sərhəddindən rusların tamamilə çıxarılmasını gözləyir. Ümumiyyətlə, Zəngəzur dəhlizi üzərində rus əsgərinin çəkməsi olmamalıdır".

O bildirib ki, proses tam yekunlaşdıqdan sonra Azərbaycanla Ermənistan arasında anidən "dil" tapıldığını müşahidə edəcəyik:

"Artıq Ermənistan tərəfi dəmir yolu ilə bağlı təklif irəli sürüb. Böyük ehtimalla onunla bağlı razılıq əldə oluna bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top