Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA vuruldu

DÜNYA 03 fevral 2025, 12:15
Ukraynaya məxsus pilotsuz uçan aparat bazar ertəsi Xəzər dənizi üzərində məhv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, PUA Moskva vaxtı ilə saat 07:50 radələrində vurulub.

Qeyd edək ki, bu gün Dağıstanın rəhbəri Sergey Melikov Xəzər dənizinin səmasında dronların göründüyü barədə məlumat vermişdi.

Qroznı, Mahaçqala və Vladiqafqaz hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.(ajans.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 13:50
03 fevral 2025, 13:18
Top