Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.
Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ə.Əsədov səfər çərçivəsində "Digital Almaty 2025" beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.
O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.