Xocalı gil yatağı satılacaq

İQTİSADİYYAT 30 yanvar 2025, 14:18
Xocalı rayonundakı gil yatağı hərraca çıxarılır.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Belə ki, 6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.

Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top