Əhməd Gozal "Azərsun Holding"ə rəhbər GƏTİRİLİR

BİZNES 29 yanvar 2025, 08:37
"Azərsun Holding" MMC-nin Müşahidə Şurasının yanvarın 18-də vəfat edən sədri Abdolbari Gozalı oğlu Əhməd Gozal əvəzləyəcək.

Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gozalın Müşahidə Şurasının yeni sədri olacağı dəqiqləşib.

Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.

Qeyd edək ki, "Azersun Holding" MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gozal "Azərbaycan Sənaye Bankı"nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

Məlumata görə, Abdulbari Gozal uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gozal son aylarda "Azərsun Holding"in idarəçiliyində fəal iştirak edib.

Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağırılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.

Xatırladaq ki, "Azersun Holding" qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 433,836,1 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637,764,479 milyon manat olub.

2023-cü ildə "Azersun Holding" 1,810,868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58,312,392 manat olub.

Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 11:24
Top