ABŞ Prezidenti Donald Trampın prezident vəzifəsinə başladığı ilk saatlarda çox sayda rəsmi sənəd imzalaması və elan etdiyi yeni qərarlar diqqət çəkib. Tramp sələfi Co Baydenin imzaladığı 78 sərəncamı ləğv edib. Bu məsələ ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən və Bayden tərəfindən hər dəfə müddəti uzadılan 907-ci düzəlişin ləğvini yenidən gündəmə gətirib. Son dörd ildə bir neçə dəfə düzəlişin ləğvi təklif olunsa da, Bayden qadağanın müddətini uzadıb.
ABŞ-ın xarici siyasəti ilə bağlı bir sıra inqilabi qərarlar verməsi gözlənilən Tramp bu qadağını ləğv edə bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bildirib ki, Donald Tramp prezident vəzifəsinin icrasına başladığı ilk gündə 100 Sərəncam imzalanıb:
“O cümlədən, Baydenin imzaladığı 78 sərəncamı ləğv edib, ABŞ-ın 60-a yaxın yardım proqramının fəaliyyətini 90 günə dayandırıb. Tramp sensasiyalar gətirən dövlət başçısıdır və fəaliyyətə başladığı ilk gündə imzaladığı sənədlərlə ABŞ tarixində bir ilk yaratmış oldu. Bəli, Trampın hakimiyyətə başlaması Baydenin hakimiyyəti dövründə ABŞ-ın ikili standartlarla yanaşdığı ölkələrdə də yeni bir mərhələnin yaranacağına ümidlər yaradır”.
Deputat qeyd edib ki, Azərbaycan da Baydenin dövründə 907-ci düzəlişin müddətini əsassız şəkildə artırılması və qərəzli yanaşmalarla üzləşib:
“ABŞ-da yeni siyasi hakimiyyətin fəaliyyətə başlaması bu əssasız düzəlişin də ləğv edilməsi ilə bağlı ümidlər yaradır. Əslində Tramp müharibələri və münaqişələri sonlandıracaq dövlət başçısı kimi gəlib. Bu baxımdan ölkəmizə qarşı ABŞ-ın qərəzli və ikili standartlı yanaşmalarda da dəyişikliyin olacağı gözləniləndir”.
Leyla Turan
Demokrat.az