Azərbaycana 2024-ün 11 ayında idxal edilən avtomobillərin dəyəri 1 milyard 400 milyon dolları ötüb. Xüsusilə, hibrid avtomobillərin idxalı iki dəfəyə qədər artıb.
Bəs Çindən ölkəmizə idxal edilən ucuz avtomobillər maşın bazarına necə təsir edəcək?
Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, taksilərin istifadəsinə üstünlük daha çox Çin avtomobillərinə verilir:
“Bu da başqa modellərin bazarını öldürür. Qiymət olaraq Çindən ölkəmizə idxal edilən avtomobillər ucuz başa gəlir. Müqayisədə bu maşınlar 2015-2018-ci illər arası olan maşınların qiymətinə düşür. Amma maşınlara olacaq tələbat da bir müddətlikdir. Yəni, bir ara taksilərdə “Toyota Prius” üstünlük var idi, bu da eyni söhbətdir, bir müddətlik olan bir çaxnaşmadır. Çin maşınları ilə digər maşınlar arasında fərq var.
Fərq ondan ibarətdir ki, Çin istehsalçıları elektronikanı çoxaldırlar, keyfiyyəti azaldırlar. Avtomobildə dəmir, motor, kuza keyfiyyəti az olur. Bu zaman şəhər daxili maşın sürənlər üçün əlverişli olur. Bir sözlə, çox adam buna üstünlük verir. Bu maşınların bir müddətdən sonra nə olacağı bəlli deyil”.
Leyla Turan
Demokrat.az