Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı

DÜNYA 18 yanvar 2025, 16:32
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvə - “Ümumerməni Vahid Şurası”nın yaradıldığını bəyan edib.

Demokrat.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Artıq səyləri və insanları yeganə həqiqi məqsəd - milli təhlükəsizliyin təmin edilməsi və dövlətçiliyin qorunması ətrafında birləşdirmək vaxtıdır”, - Karapetyan qeyd edib.

Karapetyanın özündən başqa, şuranın iki həmsədri olacaq. Belə ki şuraya Erməni Apostol Kilsəsinin arxiyepiskopu Mikael Acapaxyan və parlamentin keçmiş vitse-spikeri Albert Bazeyan da rəhbərlik edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top