"ATƏT-in Minsk qrupu artıq öz missiyasını sona çatdırıb. Bu quruma heç bir ehtiyac qalmayıb. Çünki ATƏT-in Minsk qrupu 30 il ərzində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün heç bir addım atmayıb. Müxtəlif beynəlxalq siyasi manipulyasiyalar ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına əngəl törədib. Nəticədə problemin on illər boyu davam etməsinə səbəb olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Azərbaycan dövləti Minsk qrupunun əngəlləyici fəaliyyətinə əhəmiyyət vermədən öz ərazi bütövlüyü bərpa etməyə nail oldu. Əngəlləyici fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğv olunması üçün ciddi əsaslar yarandı. Azərbaycan ordusu Minsk qrupunun görməli olduğu işi hərbi yolla həll etdi. Hazırda ləğv olunmasa belə formal olaraq qalan, heç bir fəaliyyəti olmayan qrup heç kimə lazım deyil. Azərbaycan artıq Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə rəsmi müraciət edib. Rəsmi Bakı müraciətin Ermənistan tərəfindən edilməsini də tələb edir".
O bildirib ki, Ermənistan gələcəkdə qurumun onun xeyrinə beynəlxalq siyasi manipulyasiyalar edəcəyini hələ də ümid edir:
"Bakının mövqeyi qətidir. Ermənistan qrupun ləğvi ilə bağlı müraciəti ATƏT-ə göndərmək məcburiyyətində qalacaq. Bakı yekun sülh sazişindən öncə Minsk qrupunun ləğvini də prinsipial şəkildə gündəmə gətirib. Paşinyan hakimiyyəti de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvi üçün müraciət etmək məcburiyyətində qalacaq".
Əfsanə Kamal
Demokrat.az