Avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb oldu — TƏFƏRRÜAT

HADİSƏ 17 yanvar 2025, 09:02
Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb. Sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən, 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top