Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib ki, ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir. Rusiya XİN başçısı qeyd edib ki, ABŞ enerji infrastrukturuna qarşı terror hücumlarına yaşıl işıq yandırır, Şimal Axının arxasınca “Türk axını”nını sıradan çıxarmaq istəyir.
ABŞ-ın bunu etməkdə məqsədi nədir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Demokrat.az- açıqlamasında bildirib ki, Co Baydenin dövründə ABŞ mümkün qədər çalışdı ki, Rusiyaya ağır iqtisadi zərərlər vursun:
“Eyni zamanda bunu, əsasən enerji sektoru üzərindən həyata keçirməyə çalışdı. Məsələn, bu yaxınlarda biz yenidən ABŞ-ın çox gücləndirilmiş şəkildə Rusiyaya sanksiyasının şahidi olduq və burada əsasən enerji sektoru hədəfi alınmışdı. “Türk axını” önəmli şəkildə Rus qazının dünya bazarına çıxarılması yolunda çox mühüm bir layihədir və Türkiyə vasitəsi ilə həyata keçirilir. Eyni zamanda çox təəssüflər olsun ki, biz Bayden administrasiyası dövründə ABŞ-ın Türkiyəyə heç də müttəfiq kimi xoş olmayan münasibətini şahidi olduq. Baxmayaraq ki, bu dövlətlər əslində müttəfiqdir, yəni ABŞ və Türkiyə, hər ikisi NATO-nun üzvüdür və digər mühim sahələrdə də Türkiyə regionda ABŞ-ın əsas tərəfdaşı müttəfiqi sayılır. Buna baxmayaraq ABŞ-nın müttəfiqliyini görmədik, Türkiyəyə ziyan vurmaq, Türkiyənin maraqlarına zidd siyasət həyata keçirilməsinin şahidi olduq”.
Politoloq onu da qeyd edib ki, “Türk axını” layihəsinin hədəf seçilməsi Rusiya ilə bərabər Türkiyənin də ziyanına olan bir məsələdir:
“Çünki Türkiyənin məhz bu layihədən qazancı çox böyükdür. 2014-cü ildən artıq bu layihənin təməli atılıb və fəaliyyətə başlayıb. Yəni, Türkiyənin layihədən qazancı çox böyükdür və ABŞ bu prosesi baltalamaqla eyni zamanda Rusiyaya ilə bərabər Türkiyəni də hədəfi almış oldu. İndi Baydenin dövründə başlanmış bu siyasətin Trampın dövründə necə davam edəcəyini izləməliyik. Çünki Trampın artıq Rusiya rəhbəliyi ilə danışıqlara getdiyi barəsində məlumatlar yayılır. Eyni zamanda nəzərə alaq ki, Donald Trampın da, Türkiyə və onun rəhbəri Rəcəb Tayyib Ərdoğana qarşı münasibəti müsbətdir”.
Leyla Turan
Demokrat.az