“ABŞ-Ermənistan arasında imzalanan saziş Tramp administrasiyasına qarşıdır” — Eks-nazirdən AÇIQLAMA

DAXİLİ SİYASƏT 15 yanvar 2025, 17:10
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar.

Bununla bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi bu sənədin mahiyyətinin qəsddən şişirdir:

“Qərbin və ABŞ-nın Bayden administrasiyasından qabaq mövqeyi ondan ibarət idi ki, Rusiyanın hərbi müttəfiqi olan ölkələrlə geniş müdafiə və təhlükəsizlik üzrə aid əməkdaşlıq mümkün deyil. 

Azərbaycan və ABŞ arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq ikitərəfli münasibətləri var. Azərbaycan tərəfi bu formata uyğun olaraq müdafiə və təhlükəsizlik mövzularını daim diqqətdə saxlayır. ABŞ tərəfindən Azərbaycana sərhəd təhlükəsizlik təminatı dəstəyi  uzun müddətdir ki, həyata keçirilirdi. Hazırda Bayden administrasiyası qeyri-adi bir addım atıb. Öz səlahiyyətinin bitməsinə bir həftə qalmış bu cür sənədin imzalanmasına əl atıblar. 

Əminəm ki, bu cür tələsik qərar verən erməni diasporu Tramp hakimiyyətindən çox narahatdır. Bu saziş ermənilər üçün çox problem yarada bilər. Tramp administrasiyası bu addımı heç də normal qarşılamayacaq. 

Doğrusu, təəccüb edirəm ki, ermənilər bu addımı niyə atıblar? Bu saziş Azərbaycana yox, Tramp administrasiyasına qarşıdır. Ona görə də bu sənədin icrası şübhə altındadır. Bu məsələyə bir daha baxılacaq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 19:37
Top