Bu qərar yanacaq qiymətinə təsir edəcək? — Ekspert açıqladı

GÜNDƏM 10 yanvar 2025, 13:19
Nazirlər Kabineti neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə əlaqədar bəzi məsələlər haqqında qərarında bəzi dəyişikliklər edib.

Dəyişiklik yanacağın qiymətinə necə təsir edə bilər?

Bununla bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin etdiyi dəyişikliklər tariflərin artırılması ilə əlaqədər deyil:

“Sadəcə metodoloji yanaşma ilə proses icra olunacaq. Qərarda nəzərdə tutulur ki, ölkə ərazisindən Naxçıvan Muxtar Respublikasına daşımalar zamanı xərclərin yuxarı limitdən artıq olduğu hallarda həmin məbləğ subsidiyalaşdırılsın. Sadəcə, əvvəllər Naxçıvan Muxtar Respublikasının büdcəsi ölkə büdcəsi hesabına Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Amma yeni yanaşma ilə bu proses Dövlət Neft Şirkətinə həvalə olunur.  Dövlət Neft Şirkəti büdcədən aldığı subsidiya hesabı ilə müvafiq subsidiyalaşmanı həyata keçirməlidir. Yəni, burada olan dəyişiklər daha çox inzibatçılqla əlaqəlidir. Bundan sonra tələb olunan vəsait məbləği Dövlət Neft Şirkətinin hesablama şərtləri Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Büdcə prosesi çərçivəsində büdcə təsdiq edilərkən həmin vəsaitlər orada öz əksini tapmalıdır. Yəni, dəyişikliklər bunu əhatə edir. Dəyişikliklər aksizlərin artırılması,  xərclərin artırılması istiqamətində deyil. Buna görə də bu qərarın ölkədə yanacağın qiymətlərinə heç bir təsiri olmayacaq”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top