Amerikalı köşə yazarı Mett UolşABŞ-ınKanadanıtəxminən bir həftə ərzində fəth etməsinitəklif edib.
Demokrat.az xəbər verir ki, o, bunu sosial şəbəkə hesabında yazıb.
“Qrenlandiyanı əldə etmək istəyiriksə, heç olmasa Kanadanı almağı düşünməliyik. Şimali Amerika bizim olmalıdır. Təxminən bir həftəyə Kanadanı qansız-qadasız fəth edə bilərik”- deyə Uolş yazıb.
Yeni seçilmiş prezidentDonald Trampbildiribki, Qrenlandiya onun ölkəsinin bir hissəsi olmalıdır. Çünki bu, milli təhlükəsizlik və azad dünyanın müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir.
Tramp Kanadanın baş naziriCastin Trüdogözlənilən istefasını elan etdikdən sonraölkəni 51-ci ştat olaraq ABŞ-a qoşulmağadəvət edib.
Trampın sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavada Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.
Əfsanə Kamal Demokrat.az

