"Dünən və ondan əvvəlki günlərdə dünyanın müxtəlif yerlərində zəlzələlər baş verib. Çində baş verən zəlzələ güclü maqnituda ilə səciyyələnir. Mən əvvəlcədən qeyd etmişdim ki, 2023, 2024 və indi bu dövrü yaşayacağıq. Keçən ilin payız aylarında qeyd etmişdim ki, hesablamalarıma görə seysmik aktivlik 2025-ci ildə də bütün dünya miqyasında davam edəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.
"Azərbaycan ərazisi seysmik və tektonik aktivliyi ilə səciyyələnir. Ona görə də kənarda qalmayacaq. Dağıdıcı zəlzələlərin olması gözlənilmir. Çünki yer dəyişmə sürəti digər ərazilərlə nisbətdə intensiv deyil. Hərəkət, aktivlik var. Sürəti və intensivliyi isə o dərəcədə aktiv deyil. Məsələn, Sakit okean sahillərində Çin, Tayvan, Yaponiya, Flippin, Avropada Türkiyə, Yunanıstan, İtaliya, Şimali Amerika və.s nisbətdə sürət olduqca aşağıdır. Dağıdıcı olmasa da, hiss olunacaq zəlzələdən qaça bilmərik. Ətraf ərazilərimizdə (İran, Ermənistan, Türkiyə) sürət intensivdir. 2025-ci ilin ən az ilk 6 ayında bu davam edəcək.
Hiss olunan zəlzələ dedikdə 4.5, 5, 5.5 arasında olan zəlzələləri nəzərdə tuturam. Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Quba-Şabran, Talış zonası, Kiçik Qafqazın şimal yamacı seysmik, tektonik aktivlik olan ərazilərdir. Xəzər dənizi mürəkkəb tektonik sxemə malikdir. Bütün Xəzər boyu seysmik ocaqlarla zəngindir. Abşeron və Bakını hər zaman Xəzər dənizi və Şamaxı-İsmayıllı zonasından seysmik təhlükə gözləyir".
Əfsanə Kamal
Demokrat.az