Petrosyanın çıxışı... — Azərbaycan iddia qaldıra bilər? (AÇIQLAMA)

GÜNDƏM 06 yanvar 2025, 11:24
Xəbər verdiyimiz kimi, tanınmış videobloqer Albert İsakov öz “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ermənistan liderlərinin faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiklərinövbəti dəfə elə bu ölkənin keçmiş liderinin sözləri ilə təsdiqini tapıb. “Demokrat” kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək məqsədi olub.

Çıxışı şərh edən politoloq Fuad Çıraqov Bakupost.az -a bildirib ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın bizim hamımızın bildiyi faktları etiraf etdi:



“Tarix üçün yaxşı faktdır. Amma sırf beynəlxalq hüquq baxımından da əhəmiyyətlidir. Ən azı bu çıxışla etnik təmizləmənin etirafı, siyasi rəhbərliyin məsuliyyəti və məqsədli işinin nəticəsi faktına sahibik. Məncə, bunu soyqırımı kimi də tövsif etmək olar. Hər halda beynəlxalq hüquq üzrə ixtisaslaşan hüquqşünaslarla məsləhətləşmək lazımdır ki, bu çıxış əsasında iddia hansı formada qaldırıla və qarantiya olunmuş nəticə alına bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top