“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubundakı gələcəyi ilə bağlı qərar verməyə tələsmir.
Demokrat.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
39 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Portuqaliyalı oyunçu gələcək üçün 3 variantı nəzərdən keçirir. Birinci fikir "Əl-Nəsr"lə müqaviləni uzatmaq və rəhbərlikdən heyəti ciddi şəkildə gücləndirməyi xahiş etməkdir. Ronaldo Portuqaliyaya qayıtmaq imkanını da nəzərdən keçirir. Kriştianonun 3-cü variantı isə peşəkar futbolçu karyerasını bitirməkdir.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayıb. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.