Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti açıqlandı — VİDEO

SOSİAL 01 yanvar 2025, 23:00
Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti açıqlanıb.

Demokrat.az  Baku TV-yə istinadən xəbər verir ki, 12 yaşlı Şahmar Aslanov pirotexniki vasitəni əlinə götürən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif yanıq xəsarətləri alıb.

Şahmar Aslanov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona üzün və tənəffüs yollarının 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra Ş.Aslanov Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin cərrahı Azər Həsənov bildirib ki, xəstə başın tüklü hissəsinin, üzün, hər iki qulaq seyvanının, boynun və yuxarı tənəffüs yollarının 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu ilə hospitalizasiya olunub:

"Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, ümumi vəziyyəti ağır-stabildir".

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 yanvar 2025, 15:21
04 yanvar 2025, 13:57
Top